Dilan Polatla bağlı ŞOK XƏBƏR - Anasının məzarını qazdılar
    • 24-12-2023, 18:23
    • 541

Dilan Polatla bağlı ŞOK XƏBƏR - Anasının məzarını qazdılar

Çirkli pulların yuyulması, vergidən yayınma və qeyri-qanuni mərc oyunlarında ittiham olunan Dilan Polat və həyat yoldaşı Engin Polat cütlüyü bir müddətdir Türkiyənin gündəmini zəbt edib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, Dilan Polatın həbsi müddətində evinin bağçası, hətta Batmandakı anasının məzarı belə oğrular tərəfindən qazılıb.

Məlumata görə, illər əvvəl atası tərəfindən öldürülən fenomenin anası Nihal Ayhanın məzarı naməlum şəxslər tərəfindən qazılıb və pul axtarılıb.

Belə ki, oğrular Polat ailəsinin sərvətinin bir hissəsinin mərhum anasının məzarında basdırıldığını düşünüblər.

Qeyd edək ki, vəkil Hüseyn Kaya hadisə barədə sosial şəbəkədə paylaşım edib.

Məzarda pul axtaran şəxslərlə bağlı istintaq başladılıb.