Məhkəmədən qovulan hakim bu məşhurun qohumudur
    • Bu gün, 12:33
    • 212

Məhkəmədən qovulan hakim bu məşhurun qohumudur

Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev fəaliyyətindəki çoxsaylı qanunsuzluqlara görə məhkəmə sistemindən kənarlaşdırılıb. 

News24.az Axar.az-a i8stinadla xəbər verir ki, Fərid Mübariz oğlu Əmirəliyev 1984-cü ildə anadan olub. 2018-ci il 21 dekabrda Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.

F.Əmirəliyev ən səs-küylü proseslərlə bağlı qərarların müəllifidir. Belə ki, millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində ittiham olunan İlkin Süleymanovu 2023-cü il 5 aprel tarixində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddələrilə həbsə göndərib.  azal vakansiya

“Xural” qəzetinin sahibi Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 2022-ci il sentyabrın 10-dan 11-nə keçən gecə istintaq müddətində 4 aylıq həbs qətim imkan tədbirini F.Əmirəliyev seçib. 

20 avqust 2020-ci ildə Kürdəmir rayon icra başçısının müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində istintaqın təqdimatına da F.Əmirəliyev baxıb və iddianı təmin edib. 

24 avqust 2020-ci ildə isə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində həbs qərarı çıxarıb. 

İddialara görə, F.Əmirəliyev DİN-in sabiq rəhbəri Ramil Usubovun məşhur sürücüsü kimi tanınan Saşanın kürəkənidir. 


Daha bir iddiada isə onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində material olduğu bildirilmişdi.