Elşad Abdullayevə yüksək VƏZİFƏ VERİLDİ - VİDEO
    • 27-12-2023, 23:54
    • 281

Elşad Abdullayevə yüksək VƏZİFƏ VERİLDİ - VİDEO


Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

News24.az Report-a istinadən xəbər verir ki, E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı olub. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub.

2016-cı ildə isə “nüvə kimyası” ixtisası üzrə dosent elmi adı alıb. 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.