-
- 7-04-2023, 12:39
- 348
Nazir 35 yaşlı alimi vəzifəyə təyin etdi - DOSYE
Arzu Kamal oğlu Abdullayev Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2023-cü ilin aprel ayında Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
News24.az metbuat.az-a istinadən onun dosyesini təqdim edir.
Arzu Kamal oğlu Abdullayev 1987-ci ildə Ordubad royon Üstüpü kəndində anadan olub. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Tarix - filologiya fakültəsinin "tarix” ixtisasına qəbul olunub. 2010-cu ildə həmin fakültəni fərqlənmə ilə bitirib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2011-2013-cü illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsində "Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını fərqlənmə ilə bitirib. 2007-2010-cu illərdə elmi və ictimai fəaliyyətinə görə Heydər Əliyev təqaüdünə layiq görülüb. 2009-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri kimi çalışmışdır. 2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini olmuşdur. 2009-cu ildə ilin "Ən yaxşı tələbə gənci”, 2012-ci ildə "İlin ən yaxşı magistrantı” seçilib.
2014-2018-ci illərdə "Vətən tarixi” üzrə doktorantura təhsili alıb. Əmək fəaliyyətinə 2013-cü ildə Naxçıvan Dövlət Universitetində”Ümumi tarix” kafedrasının müəllimi kimi başlayıb. Daha sonra kafedra dəyişikliyi olaraq "Beynəlxalq münasibətlər” kafedrasında müəllim və hazırda baş müəllim kimi çalışır. 2014-2019-cu illərdə "İstedad-XXI əsr”” MMC-də direktor müavini, 2019-2021-ci illərdə icraçı direktor vəzifələrini icra edib. 2021-ci ildə "Vətən tarixi” üzrə müdafiə edərək, həmin ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2021-ci ilin mart ayından elmi-pedaqoji fəaliyyətlə yanaşı Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədridir.
4 kitabın, 6 proqramın, 40 elmi məqalənin, o cümlədən 10-a yaxın yüksək impakt faktorlu jurnalda məqalənin, 10-dan çox layihənin müəllifidir.
Dövlət proqramı çərçivəsində Türkiyə, İran, Rusiya, Gürcüstan, Qətər, Çin və Cənubi Koreyada olub.
Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə ölkənin ictimai-siyasi həyatında fərqləndiyinə görə ölkə Prezidenti cənab İlham Əliyevin 30 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib. 2007-ci ildən YAP-ın üzvüdür. 2018-ci ildən Jurnalistlər birliyinin üzvüdür.