"Sülh sazişi bayramdan sonra imzalanacaq"
    • 28-12-2023, 18:56
    • 236

"Sülh sazişi bayramdan sonra imzalanacaq"

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Yeni il bayramından dərhal sonra imzalana bilər.

News24.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

“Tərəflər Yeni ildən dərhal sonra imzalanacaq sülh müqaviləsi üzərində fəal işləməyə davam edirlər. Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan sülh müqaviləsini imzalamağa və 30 illik münaqişəyə son qoymağa həmişəkindən daha yaxındır”, - deyə nəşr bildirir.

Ayşən