Azərbaycanda avtomobillə moped toqquşdu
    • 29-12-2023, 09:49
    • 180

Azərbaycanda avtomobillə moped toqquşdu

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1966-cı il təvəllüdlü Camalov Knyaz Nuhu oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1997-ci il təvəllüdlü Bağırov Allahverdi İlham oğlunun idarə etdiyi moped toqquşub.

Qəza nəticəsində mopedin sürücü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.