Haniyə sui-qəsdindən sonra İsraildən şok qərar: BÜTÜN UÇUŞLAR DAYANDIRILDI
    • Bu gün, 09:56
    • 60

Haniyə sui-qəsdindən sonra İsraildən şok qərar: BÜTÜN UÇUŞLAR DAYANDIRILDI

İsrail mətbuatında yer alan xəbərdə ölkənin şimalındakı hava sahəsinin Təl-Əvivin üzərində yerləşən Hadera şəhərindən başlayaraq uçuşlara bağlandığı bildirilib.

News24.az xəbər verir ki, uçuş qadağasının 24 saat ərzində həyata keçiriləcəyi və bölgədə yollarda heç bir məhdudiyyətin olmadığı bildirilib.

Qeyd edək ki, İsrail ordusu ötən gün Livanın paytaxtı Beyruta təşkil etdiyi hava hücumunda Hizbullah komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.

Bu gün isə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülüb.


Məryəm İlhamqızı