-
- 30-07-2024, 23:49
- 377
Şimal Buzlu okeanı kiçilir, Atlantik okeanı böyüyür
Şimal buzlu okeanda ekoloji layihə həyata keçirilib. Layihəni Şimal Qütbünə dördüncü Milli Arktika Elmi Tədqiqat Ekspedisiyasında iştirak edən alimlər qrupu həyata keçirib.
News24.az KONKRET.az-a istinadla xəbər verir ki, layihənin əsas məqsədi qlobal iqlim dəyişikliyinin okeanlara təsirini öyrənməkdir.
Layihə çərçivəsində qiymətləndirmə, müşahidə və pilotsuz uçuş aparatlarından istifadə edilib. Alimlərin araşdırmasına görə, dəniz buzları getdikcə əriyir.
Dəniz buz sahələrinin azalması okeandakı canlı resursları sıradan çıxarır. Bu proses isə Şimal Buzlu Okeanın sərhədlərinin daralmasına səbəb olub.
Ən çox qarşılaşanan məsələ Arktikada isti su axınlarıdır. Beləliklə, Arktika bölgəsində tarazlıq pozulur. Əslində dünyanın bütün su axını, okeanlardakı cərəyan və axın rejimi dəyişir. Son zamanlar iqlim dəyişikliyi, xüsusilə Atlantikadan Arktikaya daha çox suyun gəlməsi, Arktikada buzların əriməsi, eləcə də temperaturun artması dəniz buzlarının əmələ gəlməsinin qarşısını alır. Dəniz buzunun əmələ gəlməsi dayanırsa, Arktikada buzlaqların əriməsi də artır.
Prof. Dr. Ersan Başar bildirib ki, “Barents dənizinin şimal hissəsində dəniz suyunun duzluluq səviyyəsi və temperaturun dəyişməsi bütün axının dəyişməsinə səbəb olub. Şimal Buzlu Okean yavaş-yavaş Atlantik Okeanına uduzur”.
Arktika dairəsində yaşayan canlılar daha çox şimal bölgələrinə köçməyə başlayıb.