Naftalanda məktəb direktorunun cinayət işi məhkəməyə göndərilib
    • 29-12-2023, 18:20
    • 166

Naftalanda məktəb direktorunun cinayət işi məhkəməyə göndərilib


Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə News24.az-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, toplanmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.