-
- 11-04-2019, 10:56
- 965
Tale Heydərovun istefası ilə bağlı AÇIQLAMASI
Tale Heydərovun "Qəbələ" FK-nun prezidenti vəzifəsindən getməsi ilə bağlı rəsmi açıqlama yayılıb.
News24.az “Qəbələ” idman klubunun saytına istinadən bildirir ki, dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.
Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilib. "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa Liqası qrup mərhələlərinə yüksəlmişdir.
İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını deyib:
“Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar.”
Klubun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb:
“Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.”