Sumqayıt sakinində qanunsuz silah aşkarlanıb
    • 1-01-2024, 10:43
    • 163

Sumqayıt sakinində qanunsuz silah aşkarlanıb

Sumqayıt sakinində qanunsuz silah aşkarlanıb.

News24.az "Report"a istinadla bildirir ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseynov Qabil Baləmi oğlunun və Abşeron rayon sakini, 1997-ci il təvəllüdlü Nuruyev Azim Nazim oğlunun üzərindən qanunsuz ovladıqları 3 ədəd göl göyərçini və Q.Hüseynova məxsus sənədsiz, 12 kalibirli təklüləli "Baykal" markalı ov tüfəngi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.