Keçmiş məhkumun üzərində qanunsuz silah və xəncər aşkar edilib - FOTO
    • 11-04-2019, 13:32
    • 1 188

Keçmiş məhkumun üzərində qanunsuz silah və xəncər aşkar edilib - FOTO

Nardaran qəsəbə sakinindən silah-sursat və 4 ədəd xəncər aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə Nardaran qəsəbəsi sakini əvvəllər məhkum olunmuş Rəşad Xudaverdiyev saxlanılıb.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd idman tapançası və 4 ədəd xəncər aşkar edilərək götürülüb. Götürülən silah və xəncərlər qablaşdırılaraq ekspertizaya göndərilib. 

Faktla bağlı R.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.