Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü
    • 1-01-2024, 21:00
    • 956

Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü


Avstraliyada yük maşını ilə yük qatarı toqquşub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Sydney Morning Herald" qəzeti məlumat yayıb.

“Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb" , - məlumatda bildirilib.

Qəzetin polisə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində lokomotiv alovlanıb və bir neçə vaqon relsdən çıxıb və magistral yolu tamamilə bağlayıb.