Laçında 2 hərbçi HƏLAK OLDU - YARALILAR VAR
    • 4-01-2024, 17:49
    • 477

Laçında 2 hərbçi HƏLAK OLDU - YARALILAR VAR

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, avtomaşında 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.