İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirdi
    • 30-10-2023, 11:09
    • 148

İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubunda yerləşən Dəra vilayətində Suriya ordusunun mövqelərinə zərbələr endirib. 

News24.az xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, zərbə oktyabrın 30-na keçən gecə Qolan təpələrindən endirilib. Hücum nəticəsində iki hərbi obyektə ziyan dəyib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Akqabay