-
- 7-01-2024, 13:42
- 369
Meryem Üzərlinin son gözəllik əməliyyatı ona baha başa gəldi
“Möhtəşəm 100 il” serialı ilə məşhurlaşan aktrisa Meryem Üzerli indi də estetik əməliyyatlarla gündəmdədir.
News24.az Lent.az-a istinadən xəbər verir ki, amerikalı estetik cərrah Simon Ouriana son əməliyyatı üçün 67 min dollar ödəyib. Gənc və təravətli görünmək üçün üzünə etdirdiyi son prosedurlar aktrisaya çox baha başa gəlib.
Aktrisa Nyu-York küçələrində çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşıb. Onun “Elisabetta Franchi” brendinə məxsus çəkmələrinin qiyməti 26 min lirə, libasının qiyməti 15 min lirə təşkil edir.