"Adil Kərimov, Aygünə hörmət etməyə məcbursan" - Yazıçı nazirliyi tənqid etdi
    • 7-01-2024, 14:08
    • 160

"Adil Kərimov, Aygünə hörmət etməyə məcbursan" - Yazıçı nazirliyi tənqid etdi

Hörmətli gənc nazir Adil Kərimov, sən bir sənətkarı, mədəniyyət, incəsənət nümayəndəsini sevməyə bilərsən, amma sən ona hörmət etməyə məcbursan”.

News24.az xəbər verir ki, bu barədə şair Elşad Barat şəxsi Facebook paylaşımında qeyd edib. 

"Aygün Bəyləri heç vaxt sevmədim, bəyənmədim, oxuduğu mahnıları dinləmədim, təsadüfən dinləyəndə əsəblərim oyandı, tez uzaqlaşdım. Amma bu o demək deyil ki, Aygün sənətkar deyil. Bir sənətkarı hər kəs sevə bilməz, buna məcbur da deyil. Lakin bir dəfə də Aygün haqqında ədalətsiz fikir yazmamışam, deməmişəm.  Ölüm xəbərini eşitdim, üzüldüm, sonra hörmətli mədəniyyət nazirimiz gənc Adil Kərimovun rəhbərlik etdiyi rəsmi qurumlardan ölmədiyini eşitdim, sevindim, sonra bəlli rəsmi qurum öldüyünü yazdı, yenə kədərləndim. Belə baxıram ki, mən Aygün Bəyləri sevmirdimsə, yalan xəbər yayan bu rəsmi qurumlar qəti sevmirmiş.  Ruhun şad olsun, böyük sənətkar Aygün Bəylər”.