6 yaşlı qıza hücum edərək, boynunu SINDIRMAQ İSTƏDİ
    • 9-01-2024, 12:38
    • 218

6 yaşlı qıza hücum edərək, boynunu SINDIRMAQ İSTƏDİ

Moskvada Qırğızıstan vətəndaşı qəssab dükanında altı yaşlı qıza hücum edərək boynunu sındırmaq istəyib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, qız valideynləri ilə birlikdə Novoçerkasski bulvarına ət almaq üçün gəlib. Onların yanından piştaxtaların yanından keçən naməlum şəxs qəfildən uşağın boynundan tutub və onu öldürəcəyini bildirib.

Xoşbəxtlikdən qızın atası cəld reaksiya verə bilib və təcavüzkarı yerə yıxmağı bacarıb. Mühafizəçilər köməyə gəlib və polis gələnə qədər miqrantı saxlamağa kömək ediblər.

Bildirilir ki, qızın da tibbi yardıma ehtiyacı olub, o, kəllə-beyin travması ilə xəstəxanaya aparılsa da, tezliklə evə buraxılıb.