Plastik şüşələrdəki suyu içmək olmaz - SƏBƏB
    • 9-01-2024, 14:51
    • 184

Plastik şüşələrdəki suyu içmək olmaz - SƏBƏB

Kolumbiya Universitetinin tədqiqatçıları yeni lazer təsvir üsulu ilə plastik şüşələrdəki nanoplastikləri tədqiq ediblər.

News24.az xəbər verir ki, yeni üsulla metrin milyardda biri ölçüsündə ölçülə bilən hissəcikləri müəyyən etməyi bacaran tədqiqatçılar, bir litrlik plastik şüşədəki suda təxminən 240 min nanoplastik olduğunu müəyyən ediblər.

Tədqiqatçılardan Beizhan Yan bəyan edib ki, plastikin ölçüsü azaldıqca təhlükə də artır, çünki hissəcik ölçüsü azaldıqca insan orqanizminə daxil olma ehtimalı var.

Zərrəciklərin qan-beyin baryerini keçəcək qədər kiçik olduğunu bildirən Yan, bunun daha sonrakı yaşlarda beynin müəyyən hissələrində hüceyrələrin itməsinə səbəb ola biləcəyini söyləyib.

Tədqiqatçılar bu plastiklərin bədənə içməli su ilə daxil olduqları üçün sürətli təsir göstərdiyini düşünür və kiçik plastiklərin bağırsaqlardakı qidaları həzm etməyə kömək edən mikroblara təsir edə biləcəyini ifadə edirlər.

Nəzrin