-
- 9-01-2024, 19:49
- 302
"Ermənilər qorxur ki, bu məsələ masaya çıxa bilər” - Tofiq Zülfüqarov
“Delimitasiya və demarkasiya texniki prosesdir. Bu prosesdən öncə siyasi qərar qəbul edilməlidir. Dünya təcrübəsində də belədir - dövlətlər qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar, daha sonra sərhədin texniki xətti müəyyənləşir. Ermənistan çalışır ki, delimitasiya, demarkasiya prosesi başlamadan Azərbaycan qoşunlarını sərhəddən çəksin. Şərt bundan ibarətdir. Azərbaycan isə beynəlxalq hüquq və suverenliyə hörmət məsələsində israrlıdır”.
News24.az xəbər verir ki, bunu politoloq Tofiq Zülfüqarov Bakupost.az -a bildirib.
Onun dediyinə görə, Ermənistanın sərhədləri təsbit etdirmək arzusu qorxudan qaynaqlanır:
“Onlar çox narahatdırlar ki, Azərbaycan tarixi ədalət məsələsini aktuallaşdıra bilər. Zəngəzur, Göyçə və digər torpaqlar SSRİ dövründə Ermənistana qeyri-qanuni şəkildə kommunistlər tərəfindən verilib. İndiki halda Ermənistan anlayır ki, Azərbaycan bu mövzunu gündəmə gətirə, masaya çıxara bilər”.