-
- 5-07-2023, 16:14
- 225
"Ermənistanın dövlət olaraq varlığı sual altındadır" - Tofiq Zülfüqarov
"Brüssel görüşü ilk növbədə hansısa prinsipləri təsdiq etməli idi. Bunun əsasında post-konflikt prosesi davam edə bilərdi. Brüsseldə bəyan olunan prinsiplər və icrası çox vacibdir. Məsələn, artıq Praqada bəyan olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu məsələnin praktiki icrası baş tutmadı. Məsələnin praktiki icrası isə belə idi ki, Qarabağın Azərbaycana aid olduğu qəbul edilirsə, erməni hərbçiləri və Ermənistan büdcəsindən maliyyələşən məmurların fəaliyyətinə son verilməlidir".
Bu fikirləri News24.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O bildirib ki, Ermənistan sülh istəmir, onlar köhnə anneksiya siyasətini həyata keçirmək istəyirlər: "Təbii ki, bu, qəbuledilməzdir. Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə səsləndirdiyi fikirlər Ermənistan tərəfinin ikili siyasətini ifşa edir. Ermənistanın siyasi elitasının reallıqla barışmaq istəməməsi göz qabağındadır. Bütün dünyaya bəllidir ki, onların siyasi və hərbi gücü yoxdur. Populyasiya problemi bu dövlət üçün aktualdır. Ümumiyyətlə, dövlət olaraq Ermənistanın varlığı sual altındadır.
Biz müşahidə edirik ki, Ermənistan ikili siyasət yürütməkdə davam edir. Bir tərəfdən bəyan edirlər ki, sülh istəyirlər, digər tərəfdən isə deyirlər ki, sülh müqaviləsi onların cəfəngiyatla dolu fikirlərini əks etdirməlidir. Təbii ki, bu, reallaşmayacaq".
Məhərrəm ƏLİYEV