Bu ərazidə su olmayacaq
    • 10-01-2024, 16:19
    • 270

Bu ərazidə su olmayacaq


Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

News24.az bildirir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan, səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.