-
- 11-01-2024, 11:09
- 253
Mühafizəçinin barmağını dişlədi - FOTO
Moskvada kluba gələn qonaq mühafizəçinin barmağını dişləyib.
News24.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, insident “Glastonberry” klubunda baş verib. Qonaqlardan biri qızlara sataşdıqdan sonra iki dəfə müəssisədən çıxarılıb. Üçüncü dəfə isə mühafizəçinin gənci xilas etmək cəhdi əlbəyaxa dava ilə yekunlaşıb.
Münaqişə zamanı qonaq müəssisənin əməkdaşının şəhadət barmağını dişləyib.
Xəsarət alan mühafizəçinin vəziyyəti ilə bağlı məlumat verilməyib.
Hadisənin digər təfərrüatları və şəraiti hələlik açıqlanmır.
Nəzrin