Paşinyan: "Ermənistan Azərbaycana silahlara nəzarət haqda yeni müqavilə təklif edir"
    • 13-01-2024, 22:17
    • 255

Paşinyan: "Ermənistan Azərbaycana silahlara nəzarət haqda yeni müqavilə təklif edir"

Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarəti nəzərdə tutacaq müqavilə imzalamağı təklif edir. 

R TV TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistan və Azərbaycan bu razılaşmaların icrası məqsədilə silahlarla bağlı konkret sazişlər bağlamaq və bir-birinə nəzarət etmək imkanına malik olacaqlar.Lakin hələ ki, Azərbaycanla bu barədə razılığa gələ bilməmişik.”, - deyə o bildirib.

O qeyd edib ki, bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını istəmir.

"Təəssüf ki, bu günə qədər Ermənistan və Azərbaycan müxtəlif diplomatik dillərdə danışırlar. Həm Ermənistanda, həm də Azərbaycanda, həm də ölkələrimizdən kənarda sülh prosesinə kölgə salmağa çalışan qüvvələr var və olacaq, amma bu məsələdə iki ölkə liderinin mövqeyi çox vacibdir. "

Paşinyan bu məsələnin özünə və Azərbaycan prezidenti İlham Əliyevə aid olduğunu da vurğulayıb. "Bu artıq mənə və Azərbaycan rəhbərinə aiddir. Görünür ki, bəzi problemlərlə üzləşəcəyik, amma əsas məsələ odur ki, bu çətinliklərin öhdəsindən gələ bilək. Əldə olunan razılaşmalarda yeni reallıq qurmaq lazımdır.Həm Ermənistan həm də Azərbaycan, sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır”, - deyə o əlavə edib.