-
- 15-01-2024, 14:30
- 266
Rusiya prezidentinin Şimali Koreaya səfəri planlaşdırlır
Rusiya prezidenti Vladimir Putin yaxın zamanlarda Şimali Koreyaya səfər edə bilər.
News.24.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Dövlət başçısının mətbuat katibi bildirib ki, Rusiya KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xin Rusiyada səfərdədir.
Mehriban Mirzəzadə