Türkiyədə saxlanılan İsrailli futbolçu sərbəst buraxıldı - FOTO
    • 15-01-2024, 15:00
    • 107

Türkiyədə saxlanılan İsrailli futbolçu sərbəst buraxıldı - FOTO

Türkiyədə bilək sarğısına yazılan ifadələrlə İsrailə dəstək verən və bu səbəbdən saxlanılan “Antalyaspor”un israilli futbolçusu Saqiv Jehezkel sərbəst buraxılıb.

News.24.az xəbər verir ki, bu barədə “HABER7” məlumat yayıb.

O, verdiyi açıqlamada müharibə tərəfdarı olmadığını bildirib.

“Mən heç kimi qıcıqlandırmaq və ya təhrik etmək istəmirdim. Məqsədim bu deyil. Mən müharibə tərəfdarı deyiləm. Axı, Qəzzada əsir düşən İsrail əsgərləri var. Mən bu 100 günlük müddətin indi bitməli olduğuna inanan biriyəm. Mən müharibənin bitməsini istəyirəm. Ona görə də burada "işarəni göstərdim. Mən siyasətlə heç bir əlaqəsi olmayan adamam. Gəldiyimdən bəri siyasətlə bağlı heç bir iş görməmişəm. Gəldiyim gündən bəri heç kimə hörmətsizlik etməmişəm. Diqqət çəkmək istədiyim məqam müharibənin bitməsi idi”,- deyə Saqiv Jehezkel qeyd edib.

Futbolçu  ifadə verdikdən sonra sərbəst buraxılıb.

Mehriban Mirzəzadə