“Fransızlar bizi gözəl gözlərimizə görə sevmir”
    • 15-01-2024, 16:37
    • 229

“Fransızlar bizi gözəl gözlərimizə görə sevmir”

Bakı ilə İrəvan arasında birbaşa danışıqlar istisna deyil.

News24.az bildirir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Onun sözlərinə görə, sülh prosesində vasitəçi olmağa çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir.

“Məsələn, fransızların bizi gözəl gözlərimizə və tariximizə görə sevdiyini düşünmək üçün romantik olmağa ehtiyac yoxdur. Bunlar nağıllardır. Maraqlar ya üst-üstə düşür, ya da üst-üstə düşmür”, - Simonyan bildirib.

Aynurə