İrəvan Bakı ilə sülh müqaviləsinin həyata keçirilməsi üçün... - Simonyan
    • 1-06-2023, 15:13
    • 392

İrəvan Bakı ilə sülh müqaviləsinin həyata keçirilməsi üçün... - Simonyan

Rusiya, Aİ və ABŞ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin qarantı olmağa hazırdır, lakin bunun üçün ən güclü mexanizm seçmək lazımdır. 

News24.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O əlavə edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin həyata keçirilməsinin təminatçısı olmağa hazırdır. Lakin Ermənistan tərəfi üçün bu qarantın razılaşmalara əməl olunması məsələsində ardıcıl olması vacibdir. Bu kontekstdə Simonyan bildirib ki, şəxsən o, “noyabrın 9-da üçtərəfli razılaşmaların həyata keçirilməsinin tərəfdarı olan qarantın davranışı və bəyanatlarından razı deyil”.

“Bizim 9 noyabr təcrübəsi var və biz keçmişin səhvlərini təkrar etməyəcəyik”, - spiker bildirib.

Onun Rusiyanı nəzərdə tuturmu sualına isə Simonyan mənfi cavab verib və izah edib ki, söhbət qarantın daha aydın və başa düşülən mexanizmlərindən gedir. Jurnalistin ATƏT-dən nümunə götürərək beynəlxalq formatdan söhbət getməsi ilə bağlı iradına cavab olaraq parlamentin sədri əlavə edib ki, onun fikrincə, bir ölkə qarant rolunda çıxış etsə, daha yaxşı olar.

“Təcrübə göstərir ki, bir neçə ölkə prosesə cəlb olunanda ya onların arasında yaranan münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır”, - Simonyan deyib. Bu kontekstdə o, qərarların konsensusla qəbul edildiyi KTMT-ni misal çəkib. Onun sözlərinə görə, burada Rusiyanın üstünlük təşkil etməsi göz qabağındadır, lakin bu, qərarların qəbulunda həmişə rol oynamır. 
O xatırladıb ki, Ermənistan iki sənədi imzalamaqdan imtina edib: “Ona görə də yaxşı olardı ki, bir ölkə qarant olsun. Bu, Rusiya, Fransa, Almaniya ola bilər. Amma dəqiq mexanizmləri olan bir ölkə”.
Onun sözlərinə görə, etnik təmizləmə və ya atışma zamanı partnyorun necə hərəkət edəcəyini dəqiq müəyyənləşdirmək lazımdır.

Akqabay