Portuqaliya prezidenti parlamenti buraxdı
    • 15-01-2024, 18:30
    • 108

Portuqaliya prezidenti parlamenti buraxdı

Portuqaliya prezidenti Marselo Rebelo de Sousa rəsmi olaraq birpalatalı parlamentin buraxılması və erkən seçkilərin martın 10-na təyin edilməsi haqqında fərman verib.

News.24.az xəbər verir ki, bu barədə Portuqaliya hökumətinə məxsus qəzetdə dərc olunan fərmanda deyilir.

“Respublika Məclisi buraxılsın.Respublika Məclisinə deputat seçkiləri 2024-cü il martın 10-na təyin edilib”- deyə sərəncamda bildirilib.

Qeyd edək ki, prezident qərarını 2023-cü ilin noyabrında 2015-ci ildə vəzifəyə gələn Portuqaliyanın baş naziri Antonio Kostanın korrupsiya qalmaqalı fonunda istefaya getdiyini elan etməsindən sonra açıqlayıb. Polis Nazirlər Kabineti rəhbərinin rəsmi iqamətgahında və iki nazirlikdə axtarışlar aparıb. Ölkənin şimalında litium hasilatında güzəştlər, eləcə də hidrogen enerjisi layihəsi ilə əlaqədar korrupsiya ittihamı ilə bir neçə nəfər həbs edilib. Baş nazir administrasiyasının rəhbəri Vitor Eşkariya da saxlanılanlar arasındadır.

Mehriban Mirzəzadə