Tanınmış ifaçıdan ACI XATİRƏ: “Yeməyimiz olmurdu, günlərlə soğan-çörək yeyirdik…
    • 16-01-2024, 10:24
    • 560

Tanınmış ifaçıdan ACI XATİRƏ: “Yeməyimiz olmurdu, günlərlə soğan-çörək yeyirdik…

“Ağır günlər yaşadıq, mən sənətə gələndən sonra vəziyyətimiz düzəldi”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri həyatının ən ağır dönəmləri haqda danışan tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “O üz” verilişində deyib.

O, atası, 40 yaşında dünyasını dəyişən məşhur klarnet ifaçısı Məşədi Məhəmmədin vaxtsız vəfatından sonra çətinliklərlə qarşı-qarşıya qaldıqlarını, anasının da ağır xəstəlikdən yatağa düşdüyünü bildirib:

“1986-cı ildə atamın klarnetini oğurladılar. Bu hadisədən sonra atam şəkər xəstəliyinə tutuldu. Böyrəklərində ciddi problemlər yarandı. 1995-ci ildə Almaniyaya konsert verməyə gedəcəkdi və o konsertdən yığılan pulla müalicə olunacaqdı.

Amma səhhəti ağırlaşdı. Həkimlər dedi ki, o, bu vəziyyətdə təyyarəyə minə bilməz. Çox keçmədi, atam dünyasını dəqişdi. Qardaşımla mən çox kiçik yaşda idik. Qardaşımın 6 yaşı vardı, işləyənimiz yox idi. Atamın ölümündən sonra anamın ayaqları tutuldu, 20 il yataq xəstəsi oldu. Ona qardaşım baxırdı. Ağır günlər yaşadıq, mən sənətə gələndən sonra vəziyyətimiz düzəldi”.