"Planlı yoxlamalar 2024-cü ildə də dayandırılıb"
    • 16-01-2024, 12:14
    • 186

"Planlı yoxlamalar 2024-cü ildə də dayandırılıb"

"Yoxlamalara qoyulan moratorium səbəbindən Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək münasibətlərinin tənzimlənməsi istiqamətində bu il də planlı yoxlamaların həyata keçirilməsi nəzərdə tutulmur".

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, hazırda müfəttişlik tərəfindən yalnız vətəndaşların müraciəti əsasında yoxlamalar həyata keçirilir. 

"Bəzi hallarda biz hədəf kimi bu sahədə nəzarətin elektron sistemlər üzərindən həyata keçirilməsini özümüz üçün müəyyən etmişik. Elektron sistemlər imkan verdiyi səviyyədə əmək hüquqlarının həyata keçirilməsinə nəzarət edirik. Planlı yoxlamalar isə 2024-cü ildə də dayandırılıb və bu nəzərdə tutulmayıb".

Fərid Azəri