Futbol klubun prezidenti qəfil vəfat etdi
    • 16-01-2024, 17:19
    • 143

Futbol klubun prezidenti qəfil vəfat etdi

Almaniyanın köklü futbol klublarından biri olan Hertha BSC Berlin klubun prezidenti Kay Bernşteynin gözlənilmədən dünyasını dəyişdiyini açıqlayıb.

News24.az xəbər verir ki, klubun açıqlamasında belə deyilib:

"Bütün klub, onun komitələri və işçiləri şokdadır və dərindən kədərlənir. Bu çətin anda onun ailəsinin yanındayıq..."

43 yaşlı Bernşteynin ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Nəzrin