-
- 17-01-2024, 13:30
- 199
ABŞ və Tayvan 24,51 milyon dollarlıq müqavilə imzalayıb
ABŞ və Tayvan “Patriot” hava hücumundan müdafiə raketlərinə texniki xidmət göstərmək üçün müqavilə imzalayıb.
News.24.az xəbər verir ki, bu barədə Tayvanın “Liberty Times” qəzeti məlumat yayıb.
Məlumata görə, müqavilənin məbləği 772,1 milyon Yeni Tayvan dolları (təxminən 24,51 milyon dollar) təşkil edib. 2027-ci ilin dekabrına qədər tamamlanmalı olan müqaviləyə əsasən, ABŞ raket sistemləri üçün texniki yardım xidmətləri göstərəcək.
Onlar Tayvan Hərbi Hava Qüvvələrinin Hava və Raket Hücumundan Müdafiə Komandanlığının yerləşdiyi Tayşan bölgəsindəki Sinbey şəhərində veriləcək.
Mehriban Mirzəzadə