-
- 2-08-2022, 18:36
- 515
Pelosinin təyyarəsi Tayvanın hava məkanına daxil oldu - Qırıcılar havaya qalxdı
Tayvan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini daşıdığı güman edilən ABŞ hökumətinin xüsusi reysini müşayiət edib.
News24.az xəbər verir ki, bu barədə Hindistanın “Republic World” telekanalı məlumat yayıb.
Xüsusi təyyarəni müşayiət etmək üçün Okinavadakı Amerika bazasından beş tanker təyyarəsinin müşayiəti ilə səkkiz F-15 qırıcısının qaldırıldığı da bildirilib.
“FlightRadar”ın məlumatına görə, Pelosinin təyyarəsi artıq Tayvanın hava hücumundan müdafiə sistemi məkanına daxil olub.
Tayvan səlahiyyətliləri ABŞ Nümayəndələr Palatasının sədrinin səfəri ilə əlaqədar Çinlə gərginliyin artması fonunda ölkənin böyük şəhərlərində bomba sığınacaqları hazırlamağa başlayıb. Hazırlıqlara raket zərbəsi zamanı insanların gizlənə biləcəyi sığınacaqların işarələnməsi daxildir.