Xakerdən Aygün Kazımovaya İSMARIC:
    • 17-01-2024, 22:40
    • 503

Xakerdən Aygün Kazımovaya İSMARIC: "Bunu oxuyursansa..." - FOTO

Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Aygün Kazımovanın 1.4 milyon izləyici sayı olan İnstaqram hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib, bütün paylaşımları silinib.

News24.az xəbər verir ki, sözügedən xaker paylaşım edərək hesabı qaytarmaq üçün pul tələb edib.

Paylaşımı təqdim edirik:

"Aygün Kazımova bunu oxuyursansa, 10.000 € bitkoin üçün mənə Telegramda yazın və hesabınizı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram".