Qayınatası tərəfindən qətlə yetirilən şəxsin FOTOSU
    • 19-01-2024, 09:41
    • 193

Qayınatası tərəfindən qətlə yetirilən şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, Saray qəsəbəsində qayınata 35 yaşlı kürəkənini qətlə yetirib.

News24.az "Unikal"a istinadla bildirir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

Qeyd edək ki, yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.