-
- 19-01-2024, 13:00
- 174
Taliban da İran və Pakistana çağırış etdi
Taliban hökuməti İran və Pakistanı təmkinli olmağa çağırıb.
News24.az xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Region uzunmüddətli qeyri-sabitlikdən sonra təhlükəsizliyə yaxın olduğu bir vaxtda hər iki tərəf bölgənin sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində çalışmalı, mübahisəli məsələləri diplomatik kanallar vasitəsi və dialoq yolu ilə həll etməlidir”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 16-da axşam saatlarında Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətində yerləşən “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib. Pakistan Xarici İşlər Nazirliyi cavab olaraq öz səfirini İrandan geri çağırmaq qərarına gəlib.
Yanvarın 18-də səhər saatlarında Pakistan ordusunun İran ərazisinə cavab zərbəsi endirərək , ölkədəki “terrorçuların sığınacaqlarına” hücum etdiyi bildirilib.
İranda Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyaləti yaxınlığında baş verən partlayışlar nəticəsində 7 nəfər həlak olub.
Mehriban Mirzəzadə