Pakistan Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirildi
    • 18-01-2024, 14:22
    • 177

Pakistan Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirildi

Pakistan ordusu son dərəcə yüksək döyüş hazırlığı vəziyyətindədir.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, bu qərar İranla münasibətlərin pisləşməsi fonunda qəbul edilib.

Xatırladaq ki, yanvarın 16-da axşam saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusu Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətində yerləşən “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyini açıqlayıb. 

Mehriban Mirzəzadə