Bakıda oğurluq edən yeniyetmələr tutuldu
    • 19-01-2024, 14:21
    • 112

Bakıda oğurluq edən yeniyetmələr tutuldu

Bakıda silsilə oğurluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Yasamal rayonu ərazisində bir mağazadan 2000 manat dəyərində quru meyvə, bir bərbərxanadan 900 manat dəyərində bərbər alətləri oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Yevlax rayon sakinləri olan iki yeniyetmə saxlanılıb.

Həmçinin “Mercedes” markalı bir avtomobildən isə maqnitofon və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Rüfət Rüstəmli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.