Dünya çempionu vəfat etdi - FOTO
    • 19-01-2024, 15:50
    • 914

Dünya çempionu vəfat etdi - FOTO

Tanınmış dünya çempionu Şonesi Barber vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Akron Universitetinin (ABŞ) komandasının rəsmi saytında məlumat yayılıb.

O, Texas ştatının Kinqvud şəhərindəki evində dünyasını dəyişib. 

Kanadalı yüngül atlet və dirəklə tullanma üzrə 2015-ci ilin dünya çempionunun son vaxtlar səhhətində problemlə üzləşdiyi bildirilir.

Qeyd edək ki, o,  2016-cı ildə kanadalı altı metr nəticə göstərərək milli rekorda imza atmışdı.

Nəzrin