Üçqat olimpiya çempionu vəfat etdi
    • 4-01-2022, 10:28
    • 558

Üçqat olimpiya çempionu vəfat etdi

Üç təkanla tullanma üzrə üçqat olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası Viktor Saneyev dünyasını dəyişib.

News24.az xəbər verir ki, keçmiş atlet 77 yaşında vəfat edib.

Qeyd edək ki, Viktor Saneyev 1968, 1972 və 1976-cı illərdəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, XX əsrdə Gürcüstanın ən yaxşı idmançısı seçilib. /Report/