Xalq artisti aktyorların maaşından danışdı
    • 19-01-2024, 20:20
    • 217

Xalq artisti aktyorların maaşından danışdı

Xalq artisti Hacı İsmayılov aktyorların maaşının az olmasından danışıb.

News24.az-ın xəbərinə görə, o, “Report”a müsahibəsində bildirib ki, aktyorların maaşının artması məsələsini birdən-birə həll etmək mümkün deyil, bu, tədricən olan prosesdir.

“Aktyorlar elə sovet dövründə də az maaş alıblar. Rusların bir sözü var ki, istedad həmişə axtarışda olmalıdır. İndi təbii ki, o dövr keçib. Sözsüz, hamımız istəyirik ki, aktyorların vəziyyəti yaxşılaşsın, maaşları yaxşı olsun. Məsələn, vaxtilə aktyorların vəziyyəti o qədər də yaxşı deyildi. Ona görə də Ulu Öndər Heydər Əliyev Prezident mükafatlarını, təqaüdləri təsis etdi. Neçə-neçə aktyor, Əməkdar və Xalq artistləri yaxşı maaş almağa başladılar. İndi onun yolunu Prezident İlham Əliyev davam etdirir. Hər il aktyorlara təqaüdlər, mükafatlar verilir və sizə deyim ki, onların həcmi də az deyil. Bu da onların şəraitini yaxşılaşdırmaq, həvəsdən düşməmək üçün edilir. Yol ancaq irəliyədir. İnanıram ki, elə bir vaxt gələcək ki, aktyorlara maaş kifayət edəcək. Daha 5-10 manat qazanmaq üçün ora-bura qaçmayacaqlar”, – deyə aktyor qeyd edib.