-
- 5-08-2023, 01:00
- 668
Xalq artisti üsyan etdi: "Mənim onlardan nə fərqim var?"
Dünən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında özbəkistanlı aktyorların ifasında “Qaynana” tamaşası təqdim edildi. Tamaşaçılar arasında Azərbaycan və Özbəkistan mədəniyyət nazirliklərinin nümayəndələri də var idi və onlara xüsusi yer ayrılmışdı.
News24.az-ın məlumatına görə, protokol üçün nəzərdə tutulmuş sıralarda tanınmışlardan Xalq artistləri Gülyanaq Məmmədova və Nurəddin Mehdixanlı əyləşmişdilər. Boş qalan yerlər də var idi. Arxa sıralardan birində əyləşmiş Xalq artisti Fatma Mahmudova teatr bələdçilərinə əyləşdiyi yerlə bağlı öz etirazını bildirib.