Səbail növbəti transferini rəsmiləşdirib
    • 21-01-2024, 20:12
    • 190

Səbail növbəti transferini rəsmiləşdirib

"Səbail" klubu növbəti transferini rəsmiləşdirib.

News24.az bildirir ki, Ayub Timbe Masika ilə anlaşıb.

Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə "Nanjinq Siti"nin (Çin) formasını geyinib.

Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində "Genk", "Lyers", "Ridinq", "Vissel Kobe" və "Buriram Yunayted" kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda 4 qol vurub.