Ukrayna bu ölkədən kreditlə silah alacaq
    • 22-01-2024, 17:30
    • 142

Ukrayna bu ölkədən kreditlə silah alacaq

Ukrayna Polşadan kreditlə silah alacaq.

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Polşanın baş naziri Donald Tusk ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Polşa krediti iki ölkə arasında əməkdaşlığın yeni formasına çevriləcək.

“Biz Polşadan Ukraynaya sarsılmaz dəstəyi və yeni hərbi yardım paketini, həmçinin Ukraynanın ehtiyacları üçün irimiqyaslı silahların alınmasına yönəlmiş əməkdaşlığın yeni formasını - Ukrayna üçün Polşa kreditini yüksək qiymətləndiririk”, - deyə o bildirib.

Ukrayna prezidenti həmçinin əlavə edib ki, Tusk ilə gələcəkdə birgə silah istehsalı imkanlarını müzakirə edib.

Mehriban Mirzəzadə