Rəsulov erməni yumor ustasını ÖLDÜRDÜ
    • 23-01-2024, 13:39
    • 536

Rəsulov erməni yumor ustasını ÖLDÜRDÜ

Erməni komediya ustası Amiran Gevorqyan Soçidə Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı ölüb.

News24.az xəbər verir ki, dava yanvarın 18-də hər il KVN festivalının keçirildiyi “Jhemçujina” otelinin yaxınlığında baş verib. 

Hadisə nəticəsində Amiran yerə yıxılıb və başı pilləkənlərə dəyib, huşunu itirib. O, xəstəxanaya çatdırılıb. Komediya ustasına kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol hematoma diaqnozu qoyulub. O, komaya düşüb.

İki gün sonra Gevorqyan dünyasını dəyişib.

Qumral