60 ton qaz daşıyan yük maşını partladı - VİDEO
    • 24-01-2024, 11:18
    • 239

60 ton qaz daşıyan yük maşını partladı - VİDEO

Ulan-Batorda qaz daşıyan maşının partlaması böyük yanğın və insan tələfatı ilə nəticələnib.

News24.az xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşını şəhərin küçələrindən birində alovlanıb və partlayıb. Hadisə şahidləri partlayış anını lentə alıblar. Partlayış dalğası qaz çənini yük maşınından 30-40 metr məsafəyə aparıb.

Partlayışdan sonra yanğın yerli bazara, yaşayış binalarına və avtomobillərə yayılıb. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Onların arasında üç xilasedici və iki yerli sakin də var. Daha on nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində 20-yə yaxın avtomobil yanıb.

Yanğınsöndürənlər yanğını lokallaşdırıblar. Təhlükəsizliyə görə ərazidə yaşayan sakinlər təxliyə edilib.