Qurban Qurbanov Almaniya klubuna getdi
    • 24-01-2024, 19:00
    • 195

Qurban Qurbanov Almaniya klubuna getdi

Qurban Qurbanov Almaniya klubuna getdi.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib. Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşəcək.

Q.Qurbanovun səfərdə məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

Bu səfərlə bağlı ilk xəbəri İTV yayıb.