“Kotanlı” milli mətbəxilə təəccübləndirir - Fotolar
    • 6-11-2018, 17:07
    • 2 307

“Kotanlı” milli mətbəxilə təəccübləndirir - Fotolar

Bakının məşhur “Kotanlı” restoranı milli mətbəximizin nümunələri ilə də gələn qonaqlarını təəccübləndirir. Bura özünəməxsus milli yeməklərilə tanınır.

News24.az xəbər verir ki, restoranda təndir, manqal, qazan və tava yeməklərinin bütün növləri hazırlanır.  
“Kotanlı”nın baş administratoru Pərvin Abdulxaliqov deyir ki, restoranda milli mətbəximiz üzrə ixtisaslaşmış peşəkar aşbazlar çalışır. Gündəlik təxminən 50-150 qonağa xidmət göstərilir.

Məkanda bütün bölgələr – Qarabağ, Şəki, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Lənkəran mətbəxindən olan yeməklər hazırlanır: “Məxsusi olaraq “Kotanlı” üçün hazırlanmış təndirdən heç bir məkanda yoxdur. Bu təndir ancaq İsmayıllıdan gətirilən kömürlə qızdırılır. Bu da yeməklərin dadına fərqlilik qatır”.    

Baş administrator məhz “Kotanlı”ya məxsus yeməyin bişirildiyini də vurğulayıb. “Kotanlı can əti” adlanan yemək xüsusi saxsı qabda can ətindən, yaşıl almadan, gavalı və ləvəngidən hazırlanır. Bu yeməyi bir dəfə dadan mütləq yenidən restorana gəlir.

“Kotanlı”da plovlardan – turşu qovurma, səbzi qovurma, fisincan, kartof, vermeşil, boranı, şah plovları, çöl quşlarından döşəmə plov, dolmalardan – yarpaq, pip, kələm, kahı, pomidor, badımcan, bibər dolmaları məşhurdur.

Kababların bütün növləri, həmçinin, xan kababı, soltan, narşərab, ləzzət kababları xüsusi olaraq burada hazırlanır və bəyənilir.
Balıq yeməklərinin də bütün növlərini “Kotanlı”da sifariş etmək mümkündür. Restoran xüsusi, dietik yemək sayılan balıq kotletilə də məşhurdur. 
Sulu yeməklərdən – şabalıd, boranı, pomidor şorbaları, əriştə, düşbərə, Gəncə dovğasının dadından doymaq olmur. 
 
Lənkəran mətbəxinin sevilən yeməklərindən olan Narbiçi də “Kotanlı”da, xüsusilə Lənkəran zalında dada bilərsiniz.
Yeməklərin yanında süfrəyə verilən turşular, kompotlar da evsayağı restoranın özündə hazırlanır. Kompotun suyu isə xüsusi olaraq “Göy-göl”də yerləşən saf, təmiz “Xan suyu”ndan gətirilir. Restoranda ancaq qatqısız, dərmansız, təbii və yerli məhsullara üstünlük verilir.

Pərvin Abdulxaliqov xüsusilə qeyd edir ki, “Kotanlı”da “yox” yoxdur: “Sifariş olunan istənilən milli yemək 15-20 dəqiqə ərzində hazırlanıb süfrəyə verilir. Qapımız hər zaman qonaqlarımızın üzünə açıqdır. Buyurub gəlsinlər, bizim yeməklərdən dadsınlar”.

Bir sözlə, şərq mətbəxi və milli dizayn sevərləri “Kotanlı”da sözlə əvəz olunmaz rahatlıq, mehribanlıq və dadı uzun müddət yadınızda qalacaq təamlar gözləyir!

Əlaqə: Azadlıq prospekti, 156 (Keçmiş Karl Marks heykəli, İdrak liseyinin yanı)
+ 99412 5632323
+ 99470 7797979
+ 99477 7797979
https://www.instagram.com/p/BlSJYAiB2U2/?hl=ru&taken-by=kotanli_restaurant
https://www.facebook.com/kotanlirestaurant/