Zığ yolunda sürət həddi bərpa edilib
    • 25-01-2024, 09:58
    • 112

Zığ yolunda sürət həddi bərpa edilib

Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə News24.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” və "sürüşkən yol” işarəsi də götürülüb.

Qeyd edək ki, yanvarın 22-də küləkli hava şəraiti ilə əlaqədar bu yolda sürət həddi 20 km/saata endirilmişdi.